Komando kursunun növbəti buraxılışı oldu – FOTO

Komando kursunun növbəti buraxılışı oldu – FOTO

Hazırda oxunan: Komando kursunun növbəti buraxılışı oldu – FOTO

600029

Əlahiddə Ümumqoşun Orduda (ƏÜO) "Komando başlanğıc kursu"nun növbəti buraxılış mərasimi keçirilib.

Bizim.Media xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Çıxış edənlər kursu müvəffəqiyyətlə bitirən məzunları təbrik ediblər.
 

Qeyd olunub ki, kurs müddətində keçirilən intensiv təlimlər nəticəsində hərbi qulluqçuların peşəkarlıq səviyyəsi yüksəlib və potensial təhdidlərə qarşı istənilən şəraitdə müasir döyüş aparma üsulları mənimsənilib.


Kursu müvəffəqiyyətlə bitirən məzunlar "Komando andı"nı qəbul ediblər. Sonra kurs birincisi tərəfindən yaş kötüyünə rəmzi emblem vurulub. Buraxılış mərasiminin sonunda şəxsi heyət təntənəli marşın sədaları altında tribunanın önündən keçib.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO