Gülnarə Aslanbəyli VƏFAT ETDİ – FOTO

Gülnarə Aslanbəyli VƏFAT ETDİ – FOTO

Hazırda oxunan: Gülnarə Aslanbəyli VƏFAT ETDİ – FOTO

600024

Azərbaycanda Amerika Ticarət Palatasının (“AmCham Azərbaycan”) icraçı direktoru Gülnarə Aslanbəyli 49 yaşında vəfat edib.

Bizim.Media xəbər verir ki, bu barədə onun yaxınları məlumat verib.

G.Aslanbəyli uzun sürən onkoloji xəstəlikdən sonra martın 6-da səhər saatlarında dünyasını dəyişib.
 

Qeyd edək ki, G.Aslanbəyli 1977-ci ildə anadan olub. O, “The George Washington University School of Business”də magistr dərəcəsini “Təhsil İdarəçiliyi və İnsan İnkişafı” ixtisası üzrə bitirib. G.Aslanbəyli 2020-ci ilin aprelindən “AmCham Azərbaycan”ın icraçı direktoru vəzifəsində çalışırdı.


Ailəli olan G.Aslanbəylinin iki övladı var.

Xatırladaq ki, “AmCham Azərbaycan” xarici və yerli biznesin maraqlarını dəstəkləyən və təşviq edən qeyri-kommersiya əsaslı aparıcı ticarət-sənaye assosiasiyasıdır. (Yenisabah.az)










Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO