Mingəçevirdə faciəli şəkildə həyatını itirən Zaur Mahmudov tanınmış şəxsin oğlu imiş - FOTO

Mingəçevirdə faciəli şəkildə həyatını itirən Zaur Mahmudov tanınmış şəxsin oğlu imiş - FOTO

Hazırda oxunan: Mingəçevirdə faciəli şəkildə həyatını itirən Zaur Mahmudov tanınmış şəxsin oğlu imiş - FOTO

599978

Xəbər verdiyimiz kimi, ötən gün Mingəçevirdə 45 yaşlı kişini elektrik cərəyanı vurub.
 

MÖVZU İLƏ BAĞLI: 

Mingəçevirdə 45 yaşlı kişini tok vuraraq öldürüb


Bizim.Media-nın yerli bürosunun əldə etdiyi məlumata görə, Mingəçevir şəhərində "Dəli Kür" restoranı yaxınlığında yerləşən yarımstansiya ərazisində baş verən hadisədə vəfat edən şəxs Qəbələ rayon Vəndam qəsəbə sakini Zaur Mahmudovdur.

Zaurun atası Musa Mahmudov isə rayonda, eləcə də ölkəmizdə tanınmış arıçılardan biridir. Bir neçə il əvvəl Musa Mahmudov Azərbaycanın ən yaşlı tələbəsi kimi mətbuatın diqqətində olmuşdu. O, yaşının ahıl çağında Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin Arıçılıq ixtisasına sənəd verərək qəbul olunmuş və Mərkəzi müvəffəqiyyətlə tamamlamışdı.

Qeyd edək ki, Mingəçevir şəhərində 1981-ci il təvəllüdlü Zaur Mahmudov iş görən zaman ehtiyatsızlıqdan elektrik xəttinə toxunub. Nəticədə elektrik cərəyanı onu vuraraq öldürüb.

Faktla bağlı araşdırma aparılır.


Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO