Ali təhsil müəssisələrinə, həmçinin tam (11 illik) və ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu martın 6-sı saat 12:00-dək uzadılıb.
Dövlət İmtahan Mərkəzindən Bizim.Media-ya bildirilib ki, ərizə qəbulunda həm cari, həm də əvvəlki illərin məzunları iştirak etməlidirlər.
Ali təhsil və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək istəyən bütün abituriyentlər Dövlət İmtahan Mərkəzinin internet saytının “ekabinet.dim.gov.az” səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra (“Şəxsi kabinet”i olmayanlar) Mərkəzin müvafiq internet səhifəsinə daxil olub “Abituriyentin elektron ərizəsi” formasını doldurur və təsdiq edirlər.
Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu elanı ilə buradan, ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu elanı ilə isə buradan tanış ola bilərsiniz.
QEYD: Ərizələrini sənəd qəbulu komissiyalarında təsdiq etdirməli olan abituriyentlər 6 mart saat 12:00-dək müvafiq komissiyaya yaxınlaşmalıdırlar.
Bizim.Media



















































































