“Tok” vuran Şəki sakini ilə bağlı ilkin TƏFƏRRÜAT - FOTO

“Tok” vuran Şəki sakini ilə bağlı ilkin TƏFƏRRÜAT - FOTO

Hazırda oxunan: “Tok” vuran Şəki sakini ilə bağlı ilkin TƏFƏRRÜAT - FOTO

599889

Xəbər verdiyimiz kimi, ötən gün Şəkidə 64 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb.

Bizm.Media-nın yerli bürosu xəbər verir ki, bədbəxt hadisə rayonun Kiçik Dəhnə kəndində baş verib.

Baş vermis hadisə ilə bağlı mərhumun yaxınları müsahibə verməsələr də söhbət əsnasında məlum olub ki, 64 yaşlı Ramiz Məcidov müxtəlif xəstəliklərdən əziyyət çəkirmiş. Axşam radələrində işıqların sönməsi onu narahat edib və evinin yaxınlığında yerləşən transformatorun içərisində olan elektrik naqillərinə toxunub. Beləcə bu müdaxilə ona həyatı bahasına başa gəlib. 

Hadisədən yaxınları bir qədər sonra xəbər tutublar. Onda isə gec olub.  

Hazırda faktla bağlı rayon prokurorluğunda araşdırma davam etdirilir.




Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO