Azərbaycan Rus İcması Türkiyəyə humanitar yardım göndərib - FOTOLAR

Azərbaycan Rus İcması Türkiyəyə humanitar yardım göndərib - FOTOLAR

Hazırda oxunan: Azərbaycan Rus İcması Türkiyəyə humanitar yardım göndərib - FOTOLAR

599735
Türkiyədə dağıdıcı zəlzələ nəticəsində zərərçəkmişlərə Azərbaycan Rus İcması adından humanitar yardım göndərilməsi ilə əlaqədar, Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində tədbir keçirilib.
 
Milli Məclisin deputatı, Azərbaycan Rus İcmasının sədri Mixail Zabelin, icma sədrinin müavini Anastasiya Lavrina, Azərbaycanın Rusdilli Təhsil Müəssisələrinin Müəllimləri Assosiasiyasının sədri Lyubov Yakunina və icmanın başqa nümayəndələri tədbirdə iştirak ediblər.
 
Yardım qismində ilkin zərurət əşyaları – isti geyim, dərmanlar, yorğanlar, ərzaq toplanıb. Humanitar yardımla dolu yük maşını yardım toplama məntəqəsinə göndərilib.
 
Qeyd edək ki, təbii fəlakətin ilk günündən Prezident İlham Əliyevin tapşırığı ilə Türkiyəyə lazımlı kömək göndərilir.
 
Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşok qeydə alınıb. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və minlərlə itkiyə səbəb olub. /Azərtac/

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO