Bank əməkdaşı olduğunu deyib 13 min manatı talayan şəxs saxlanılıb.
Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Nəsimi rayonu ərazisində bir nəfər polisə müraciət edərək bank kartındakı maddi vəsaitin talandığını bildirib.
Belə ki, özünü bank əməkdaşı kimi təqdim edən şəxs naməlum nömrədən ona zəng edərək kartına müdaxilə olunduğunu bildirib. Kart məlumatlarını həmin şəxsə göndərən zərərçəkənin bu yolla 13 min manatı ələ keçirilib.
Nəsimi RPİ 21-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 38 yaşlı A.Zaliyev müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Bizim.Media

































































































