“Ramiz Mehdiyevlər gəldi-gedərdir, AMEA yaşamalıdır” - Qulu Məhərrəmli

“Ramiz Mehdiyevlər gəldi-gedərdir, AMEA yaşamalıdır” - Qulu Məhərrəmli

Hazırda oxunan: “Ramiz Mehdiyevlər gəldi-gedərdir, AMEA yaşamalıdır” - Qulu Məhərrəmli

0:00
0:00
59957

“Məlum hadisələr fonunda ara-sıra səslənən “AMEA ləğv olunmalıdır” çağırışları ciddi narahatlıq yaradır. Ona görə ki, məmləkətin elm, bilik, tədris və fikir məbədi olan Elmlər Akademiyası təkcə orada çalışanların iş yeri deyil, həm də hamımızındır, xalqımızın XX əsrdə qazandığı qiymətli milli sərvətidir”.

Bizim.Media xəbər verir ki, bu fikirləri özünün Facebook səhifəsində jurnalist Qulu Məhərrəmli yazıb. 

Onun sözlərinə görə, bu gün həmin elm mərkəzində yaşananlar, yöndəmsiz idarəçiliyin törətdiyi əcaib vəziyyət, müstəqillik dövrümüzün ən eybəcər və ziyanlı fiqurlarından olan R.Mehdiyevin öz siyasi niyyətləri üçün akademiyanı səngərə çevirməsi bu qurumu ləğv etmək üçün əsas ola bilməz:

“Biz bilməliyik ki, xalqın milli düşüncəsinə və mənəviyyatına ağır zərbələr vurmuş Ramiz Mehdiyevlər gəldi-gedərdir, amma ölkə elminin simvolu olan AMEA yaşamalıdır. Təbii ki, əsaslı islahatlar aparmaq, idarəçilik sistemini dəyişmək, elmi araşdırmaları stimullaşdırmaq, institutları fəallaşdırmaq, oraları bisavad akademiklərdən təmizləmək, alimlərin maaşlarını artırmaqla çox şeyə nail olmaq mümkündür. Yəni biz gerçək yaşı 100-ə çatmaqda olan akademiyanı ləğv etmək yox, indi bu elm ocağımızın yüksək dəyərini saxlamaq üçün planlar qurmalıyıq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO