Ötən sutkada ölkəmizdə neçə yanğın olub? - RƏSMİ

Ötən sutkada ölkəmizdə neçə yanğın olub? - RƏSMİ

Hazırda oxunan: Ötən sutkada ölkəmizdə neçə yanğın olub? - RƏSMİ

59935

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 30 yanğına çıxış, 5 halda köməksiz vəziyyətdə qalma və bir avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Bizim.Media FHN-in saytına istinadla xəbər verir ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində biri azyaşlı olmaqla 9 nəfər, o cümlədən Ağdaş rayonunun Aşağı Zeynəddin kəndində "Chevrolet” və "Mercedes" markalı iki minik avtomobilinin toqquşması nəticəsində deformasiyaya uğrayan avtonəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalmış bir nəfər xilas edilib, yanğın zamanı isə bir nəfər tüstüdən zəhərlənib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO