Qəbələ rayonunun Zərgərli kəndindən olan qəhrəman şəhidimiz Şöhrət Mikayılovun mövludu qəbri başında anılıb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, anım mərasimində şəhid ailələri, din xadimləri, yaxınları və kənd ictimaiyyəti iştirak edərək igid Vətən oğlunun əziz xatirəsini hörmət və dualarla anıblar. Tədbir zamanı şəhidimizin keçdiyi şərəfli ömür yolundan bəhs olunub, onun Vətən uğrunda göstərdiyi şücaətin heç zaman unudulmayacağı vurğulanıb.
Qeyd olunub ki, Vətən müharibəsinə könüllü qoşulan Şöhrət müxtəlif istiqamətlərdə döyüşlərə qatılıb. Ailəsinin dediyinə görə o, Füzuli, Zəngilan, Qubadlı istiqamətində gedən döyüşlərdə fəal iştirak edib.
Son döyüşlərindən birinə getməzdən əvvəl valideynləri ilə əlaqə saxlayan Şöhrət bildirib ki, hər şey yaxşıdır, irəliyə gedirik, Qələbə bizimdir. 31 oktyabır 2020-ci il Qubadlı istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Bir gün sonra yəni noyabrın 1-də doğrulduğu Zərgərli kənd qəbirsanlığında dəfn olunub.
Ölümündən sonra "Vətən uğrunda" ,"Şücaətə görə","Cəsur döyüşçü","Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunub.

Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu
























































































