Şamaxıda növbəti zəlzələ qeydə alınıb.
Bizim.Media xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Məlumata görə, zəlzələnin maqnitudası 3.0 olub. Yeraltı təkanın ocağı 13 kilometr dərinlikdə qeydə alınıb.
Bununla da Şamaxıda iki gün ərzində baş verən yeraltı təkanların sayı 8-ə çatıb.
Bizim.Media




























































































