Məktəblərdə telefondan istifadəyə dair qaydalar hazırlanacaq – RƏSMİ

Məktəblərdə telefondan istifadəyə dair qaydalar hazırlanacaq – RƏSMİ

Hazırda oxunan: Məktəblərdə telefondan istifadəyə dair qaydalar hazırlanacaq – RƏSMİ

598702

Azərbaycanda ümumi təhsil müəssisələrində mobil və elektron cihazlardan istifadəyə dair qaydalar müəyyən ediləcək.

Bizim.Media xəbər verir ki, bu, uşaqların rəqəmsal mühitdə zərərli məzmun və təsirlərdən qorunması ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamında öz əksini tapıb.

Belə ki, Nazirlər Kabineti məktəbəhazırlıq qruplarında və ümumi təhsil müəssisələrində mobil və elektron cihazlardan istifadəyə dair qaydaların müəyyən edilməsi və tətbiqi ilə bağlı tədbirlər görülməsini təmin etməli, məktəbəhazırlıq və ümumi təhsil fənləri üzrə təhsil proqramlarına (kurikulumlara), o cümlədən məzmun standartlarına rəqəmsal savadlılıq, kibertəhlükəsizlik və məsuliyyətli onlayn davranış mövzularının daxil edilməsi, eyni zamanda mediada valideynlər, müəllimlər və uşaqlara yönələn maarifləndirmə proqramlarının hazırlanıb həyata keçirilməsi ilə bağlı tədbirlər görməlidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO