Binəqədidə 4 gəncin elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə bağlı həbs edilən “Lake Hotel”in icarədarı Ağasif Verdiyevin məhkəmə araşdırması başa çatıb.
Bizim.Media “Qafqazinfo.az”a istinadən xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində keçirilən son iclasda hökm oxunub.
Hökmə əsasən A.Verdiyev 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Hotel icarədarı Cinayət Məcəlləsinin 162.3-cü (əmək mühafizəsi qaydalarının pozulması ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirli bilinib.
Qeyd edək ki, hadisə ötən ilin noyabrında baş verib. Elektrik cərəyanı vurması nəticəsində “Lake Hotel”də işləyən 4 ofisiant həyatını itirib, onlardan böyüyünün 27, kiçiyinin isə 18 yaşı olub. Sonradan məlum olub ki, ofisiantların ölümünə səbəb olan elektrik xətti Prezident Administrasiyasının keçmiş rəhbəri, hazırda ağır cinayətlərdə ittiham olunan Ramiz Mehdiyevin ailəsinin bağına gedirmiş.
Bizim.Media


























































































