İşğaldan azad olunmiş ərazilərdə evlə təmin olunan ailələrin SAYI AÇIQLANDI

İşğaldan azad olunmiş ərazilərdə evlə təmin olunan ailələrin SAYI AÇIQLANDI

Hazırda oxunan: İşğaldan azad olunmiş ərazilərdə evlə təmin olunan ailələrin SAYI AÇIQLANDI

598606

“Cənab Prezidentin Xocalı Soyqırımı Memorialının açılışında çıxışı zamanı qeyd etdiyi uğurlar özünü iqtisadi sferada da göstərməkdədir. 2003-cü ildən sonra, İlham Əliyevin prezidentliyi dövründə Azərbaycan iqtisadiyyatı 4 dəfədən çox böyüyüb. Azərbaycan üçün kifayət qədər vacib olan strateji valyuta ehtiyatları isə bu dövrdə 2 milyard dollardan 85 milyard dollara çatıb. Əldə edilən uğurlar yeni dövrdə iqtisadi islahatların dərinləşməsi ilə daha da möhkəmlənib”.

Bizim.Media xəbər verir ki, bunu deputat Vüqar Bayramov parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycanın güclənməsi işğaldan azad olunan torpaqlarımızın intensiv bərpa və yenidən qurmasına imkan yaratmaqdadır:

“Böyük Zəfərdən sonra Qarabağ və Şərqi Zəngəzurda 28697 nəfər artıq məskunlaşıb. Bu 7154 ailənin ev ilə təmin edilməsi deməkdir. 2026-cı ilin yanvarın 1-dən sonrakı, 2 aya  yaxın müddətdə, isə 2863 keçmiş məcburi köçkün işğaldan azad olunan ərazilərimizdə məskunlaşıb. Bu yalnız 2026-cı ilin ilk 2 ayında keçmiş məcburi köçkünlərimizin dövlət tərəfindən 646 evlə təmin edilməsi deməkdir”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO