Nobel mükafatı laureatı Epşteynlə dostluğa görə vəzifəsindən istefa verdi

Nobel mükafatı laureatı Epşteynlə dostluğa görə vəzifəsindən istefa verdi

Hazırda oxunan: Nobel mükafatı laureatı Epşteynlə dostluğa görə vəzifəsindən istefa verdi

598255

Nobel mükafatı laureatı və Columbia Universitinin neyrobiologiya institutunun həmdirektoru Riçard Aksel Ceffri Epşteynlə dostluq münasibətlərinə görə vəzifəsindən istefa verib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı NU.nl qəzeti yayıb.
 

Məlumata görə, Akselə qarşı hər hansı cinayət ittihamı irəli sürülməyib. Lakin sənədlərdə onun tez-tez Jeffrey Epşteynin Manhettendəki evinə baş çəkdiyi və Epşteynlə Kolumbiya Universiteti arasında vasitəçi kimi çıxış etdiyi göstərilir.


Aksel açıqlamasında bu dostluğu “vəziyyətin qiymətləndirilməsində ciddi səhv” adlandırıb və “dostlarının, tələbələrinin və həmkarlarının etimadını təhlükə altına qoyduğuna görə” üzr istəyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO