Bizim.Media YAZDI – Paytaxtın mərkəzi küçəsindəki köhnə balkonların yenilənməsinə başlanıldı – FOTO

Bizim.Media YAZDI – Paytaxtın mərkəzi küçəsindəki köhnə balkonların yenilənməsinə başlanıldı – FOTO

Hazırda oxunan: Bizim.Media YAZDI – Paytaxtın mərkəzi küçəsindəki köhnə balkonların yenilənməsinə başlanıldı – FOTO

598252

Bir müddət öncə paytaxtın Süleyman Rəhimov küçəsində yerləşən binaların balkonları ilə bağlı hazırladığımız reportaj, xüsusilə uçub-dağılmaq təhlükəsi ilə üz-üzə qalan, estetik görünüşünü itirmiş və sakinlər üçün risk yaradan balkonlar diqqət mərkəzində idi. Hazırda isə sevindirici dəyişikliklər müşahidə olunur.
 

MÖVZU İLƏ BAĞLI: 

Bakının mərkəzində köhnə eyvanlar TƏHLÜKƏ saçır – Məsul qurumlar hara baxır? – VİDEO


Sözügedən ərazidə təhlükəli vəziyyətdə olan köhnə və uçuq-qopuq balkonlar artıq sökülüb. Onların yerində möhkəm dəmir özüllər üzərində konstruksiyalar quraşdırılır.

Yeni taxta balkonlar hazırlanır və binanın ümumi memarlıq üslubuna uyğunlaşdırılır. Bu isə həm təhlükəsizlik baxımından vacib addım, həm də küçənin estetik görünüşünün qorunması baxımından əhəmiyyətlidir.
 

Aparılan təmir işləri göstərir ki, məsələ diqqətsiz qalmayıb. Ümid edirik ki, bu cür operativ və məqsədyönlü müdaxilələr paytaxtın digər problemli ərazilərində də davamlı xarakter alacaq.


Qeyd edək ki, sözügedən küçədəki bəzi binalar uzun illər istismar olunduğundan balkonların bir qismi ciddi aşınmaya məruz qalmış, uzun illər təmir edilməmişdi. Bu isə xüsusilə küləkli və ya yağıntılı hava şəraitində əlavə təhlükə yaradırdı.










Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO