Oğrunu yaxalamaq istəyən gözətçi ticarət mərkəzinin damından yıxıldı - Mingəçevirdə qəribə hadisə

Oğrunu yaxalamaq istəyən gözətçi ticarət mərkəzinin damından yıxıldı - Mingəçevirdə qəribə hadisə

Hazırda oxunan: Oğrunu yaxalamaq istəyən gözətçi ticarət mərkəzinin damından yıxıldı - Mingəçevirdə qəribə hadisə

59788

Gecə saatlarında Mingəçevirdə yerləşən Orxan ticarət mərkəzi ərazisində oğurluğa cəhd olub.

Bizim.Media-nın məlumatına görə, ticarət mərkəzinin və ona bitişik liseyin gözətçiləri obyektlərin dam hissəsində  şübhəli səslər və hərəkətlilik hiss ediblər.

Onlar damı söküb içəri daxil olmaq istəyən şübhəli şəxsi yaxalamaq qərarına gəliblər. Sürətlə damda şübhə doğuran hissəyə qaçan gözətçilərdən biri dam örtüyünün sınması nəticəsində hündürlükdən  birbaşa obyektin içinə yıxılıb.

Hadisə nəticəsində müxtəlif dərəcəli sınıq, qırıq xəsarəti və qapalı travma alan 1994-cü il təvəllüdlü  gözətçi Rəcəbli Elsevər Nadir oğlu xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO