Jurnalistikaya qəbul imtahanında esse QALMAQALI – Qaydalar DƏYİŞİR?

Jurnalistikaya qəbul imtahanında esse QALMAQALI – Qaydalar DƏYİŞİR?

Hazırda oxunan: Jurnalistikaya qəbul imtahanında esse QALMAQALI – Qaydalar DƏYİŞİR?

597866

Bildiyiniz kimi, 2013-2014 tədris ilindən etibarən jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanı keçirilir. Qabiliyyət imtahanı zamanı öncədən müsabiqədə iştirak üçün qeydiyyatdan keçmiş abituriyentlərə esse yazması üçün 3 mövzu seçimi verilir.

Abituriyentin yazı işi bır sıra meyarlar nəzərə alınmaqla “məqbul” və ya “qeyri-məqbul” ilə qiymətləndirilir. Esse yazarkən həm mövzunu anlaşıqlı və səlis dildə təqdim etmək, həm də orfoqrafik normanın qaydalarından düzgün istifadə etmək tələb edilir.  Bundan sonrakı mərhələdə isə “məqbul” qiyməti alanlar ixtisas seçimi zamanı III ixtisas qrupunun digər ixtisasları ilə yanaşı jurnalistika ixtisasını da seçə bilirlər.  
 

MÖVZU İLƏ BAĞLI:

Süni intellektlə yazılmış ELMİ İŞLƏR – Ayırd etmək mümkün DEYİL?


2013-2014 tədris ilindən əvvəl isə jurnalistika ixtisasına qəbul qaydaları digər ixtisaslarda olduğu kimi idi. Adətən, hüquq fakültəsində təhsil almağa balı çatmayan abituriyentlər seçimdə ikinci yerdə yazdığı jurnalistika ixtisasına qəbul olurdu. Lakin qəbul şərtləri dəyişdikdən sonra jurnalistikaya sevgisi olmasa belə, esse yazmağı bacaran abituriyentlər bu ixtisasa yönəlməyə başladı.

Maraqlıdır, esse yazmaq bacarığı qabiliyyət imtahanından keçmək və bu ixtisasa qəbul olmaq üçün yetərli sayılmalıdır?

Bizim.Media-ya açıqlamasında Əməkdar jurnalist, Bakı Dövlət Universitetinin professoru Qulu Məhərrəmli Jurnalistika fakültəsinə qəbul zamanı qabiliyyət imtahanının verilməsinin əleyhinə olduğunu bildirib:

“Çünki tədris prosesində yaxından iştirak edən adam kimi deyirəm ki, tələbələrin esse yazıb universitetə qəbul olmağının heç bir faydası yoxdur. Onlarda həvəs, istək, bacarıq olmalıdır. Bunlar olduqdan sonra tələbə 1-ci kursda xəbər yazmağa başlayanda peşənin romantikasını duyur və özünü o peşənin içində hissə edir.

Esse yazmaq vaxt itkisidir, Dövlət İmtahan Mərkəzi üçün artıq yükdür.

Hətta deyim ki, bəzən esseleri yoxlayanların subyektiv yanaşması abituriyentlər üçün travmadır. Bunları nəzərə alanda qabiliyyət imtahanında essenin yazılması qəbul olmayan variantdır. Bu məsələni o vaxt xoşniyyətlə qaldırdılar. İllər keçdi və məlum oldu ki, bu, məsələnin həlli deyil. Məsələnin həlli jurnalistika təhsilinin, onu tədris bazasının möhkəmləndirilməsindədir, peşəkar müəllimlərin olmasıdır, tələbələr üçün öyrənmək şəraitinin yaradılmasıdır. Dediyim kimi, esse yazmaq sadəcə vaxt itkisidir”.

Naibə Məmmədova, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO