Sağlam yuxu üçün qəhvəni BU SAATDA için! - ARAŞDIRMA

Sağlam yuxu üçün qəhvəni BU SAATDA için! - ARAŞDIRMA

Hazırda oxunan: Sağlam yuxu üçün qəhvəni BU SAATDA için! - ARAŞDIRMA

597541

Bildiyimiz kimi xşam saatlarında qəhvə qəbulu yuxu pozğunluğuna səbəb olur.

Bizim.Media xəbər verir ki, yuxu üzrə mütəxəssis Niqat Arif tam gecə istirahətini təmin etmək və yuxuya getmə problemlərinin qarşısını almaq üçün qəhvə qəbulunu ən azı yatmazdan yeddi saat əvvəl dayandırmağı tövsiyə edir. O, bu barədə UNILAD nəşrinə açıqlamasında danışıb.

Həkimin sözlərinə görə, kofein yorğunluq hissinə cavabdeh olan adenozin maddəsinin reseptorlarını bloklayır. Nəticədə insan daha uzun müddət ayıq qalır və daha çətin yuxuya gedir.

Mütəxəssis sonuncu fincan qəhvəni ən gec saat 14:00-da içməyi məsləhət görür. Həmçinin alkoqolu yatmazdan üç–dörd saat əvvəl qəbul etməmək lazımdır, çünki o, orqanizmin bərpa proseslərini pozur.

Bu tövsiyələr iki mindən çox insanın iştirakı ilə aparılan araşdırma ilə də təsdiqlənib. Yuxu rejiminə əməl edən iştirakçılar gecə daha az oyanıb və səhər özlərini daha gümrah hiss ediblər. Mütəxəssislər qeyd edirlər ki, keyfiyyətli yuxu üçün axşam saatlarında mobil cihazlarında da istifadəsini məhdudlaşdırmaq, yataq otağında rahat temperaturu qorumaq və yatmazdan əvvəl sakitliyə riayət etmək də vacibdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO