Əjdər Cəfərov yüksək vəzifəyə TƏYİN EDİLDİ – DOSYE

Əjdər Cəfərov yüksək vəzifəyə TƏYİN EDİLDİ – DOSYE

Hazırda oxunan: Əjdər Cəfərov yüksək vəzifəyə TƏYİN EDİLDİ – DOSYE

597502

Azərbaycan Badminton Federasiyasında baş katib vəzifəsinə yeni təyinat olub.

Bizim.Media “Trend.az”a istinadən xəbər verir ki, Federasiyanın yeni baş katibi Əjdər Cəfərov təyin edilib.

Daha öncə Azərbaycan Badminton Federasiyasının prezidenti Taleh Ziyadovun idman məsələləri üzrə müşaviri vəzifəsini icra edən Cəfərov Əjdər Xosrov oğlu idman funksioneri kimi zəngin karyeraya malikdir.

Əjdər Cəfərov 2011-2016-cı illərdə Azərbaycan Güləş Federasiyasının baş katibi vəzifəsində çalışıb. O, idman ustası, əməkdar məşqçi və olimpiya kateqoriyalı beynəlxalq hakimdir.

Ə.Cəfərov üç Olimpiya Oyunlarında hakimlik edib:

• 2010 – Sinqapur Yeniyetmələrin Yay Olimpiya Oyunları

• 2012 – London Yay Olimpiya Oyunları

• 2014 – Nanjing Yeniyetmələrin Yay Olimpiya Oyunları

2012-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunub.
 

2012-ci ildə Dünya Güləş Birliyi (UWW) tərəfindən güləş qaydalarının dünyada təbliğinə görə yüksək mükafata layiq görülüb.


2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin Fəxri diplomu ilə təltif edilib. 2015-ci ildə Bakıda keçirilən I Avropa Oyunlarında güləş yarışlarının beynəlxalq koordinatoru vəzifəsini icra edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO