Fevralın 20-də günorta saatlarına Bakının Keşlə qəsəbəsində soyğun hadisəsi baş verib.
Bizim.Media “Globalinfo.az”a istinadən xəbər verir ki, 5-6 qadın qara çadrada, üzlərində niqab Keşlə məscidinin yaxınlığındakı mağazaya giriblər.
Onlar əllərində bıçaq, ülgüc tutaraq kassada işləyən əməkdaşları hədələyib, oradakı pulu götürüblər.
Hadisə şahidlərinin verdiyi məlumata görə, soyğunçular Azərbaycan dilində danışıblar, həmçinin aralarında başa düşülməyən başqa dildə də söhbət ediblər. Hadisə şahidləri onu da bildirib ki, marketə basqın edən qadınların əllərində pipetli əşya olub, ordan öz ağızlarına maye fısqırdırmışlar.
Bütün soyğun prosesi marketin müşahidə kameraları tərəfindən qeyd edilib.
DİN-in Mətbuat Xidmətindən bildirilib ki, şübhəlilər dilənçi və tufeyli həyat sürən şəxslər olub. Mağazadan bir neçə qutu tütün məmulatlarını talayıblar. Hazırda polis əməkdaşları tərəfindən araşdırma aparılır.
Bizim.Media






























































































