Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində yerləşən "Sağlam Ailə" klinikasında xanım həkimin qapısını zorla açan şəxs həbs edilib.
Bizim.Media xəbər verir ki, 1986-cı ildə Bakı şəhərində anadan olmuş V.M. barəsində İnzibati Xətalar Məcəlləsinin Məcəlləsinin 535.1 və 510-cu maddələri protokol tərtib edilib, işə məhkəmədə baxılıb.
Məlum olub ki, təqsirləndirilən şəxs "Sağlam Ailə" klinikasının ikinci mərtəbəsində nevropotoloq kimi fəaliyyət göstərən qadın həkimin qapısını zorla açmağa çalışaraq, onu təhdid edib. Daha sonra həmin şəxs klinikanın dəhlizində uca səslə nalayiq ifadələr işlədib, işçiləri təhqir edib.
Barəsində inzibati xəta haqqında icraat aparılan V.M. məhkəmə iclasında özünü təqsirli biləməyərək qeyd edib ki, həkimi uşaq vaxtından tanıyır və onu sevir. Onunla "Instagram"da danışarkən xəstə olduğunu öyrənib və nəvaziş göstərmək məqsədilə işlədiyi klinikaya gedib.
Həkimin qapısını döyüb və bu zaman mühafizəçi onu saxlayaraq, xidməti otağa aparıb. Həkimin onu çağırdığını bildirərək, ictimai qaydanı pozmadığını deyib. O, anasının xəstə olduğunu bildirib və məkəmədən yüngül inzibati tənbeh verilməsini xahiş edib.
Məhkəmənin hökmü ilə V.B. İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib və Məcəllənin 34.3-cü maddəsinə əsasən, daha ciddi xətaya görə barəsində 20 gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq olunub. (Qaynarinfo.az)
Bizim.Media

































































































