Rusiyalı yazıçı Dmitri Bavilski vəfat edib.
Bizim.Media xəbər verir ki, bu barədə yazıçı Denis Draqunsk məlumat yayıb.
Onun sözlərinə görə, fevralın 17-nə keçən gecə Çelyabinsk şəhərində xəstəxanada nasir Dmitri Bavilski dünyasını dəyişib.
“Bu nə qədər dəhşətlidir. Dima, əlvida”, — deyə Draqunski həmkarının ölümü ilə bağlı kədərini ifadə edib.
Dmitri Vladimiroviç Bavilski 57 yaşını yenicə qeyd etmişdi. O, ədəbi fəaliyyətinin fəal dövründə həyatdan köçüb. Bavilski tənqidçi, ədəbiyyatşünas və bir sıra iri həcmli romanların müəllifi kimi tanınırdı.
O, aparıcı ədəbi jurnallarda dərc olunurdu, həmçinin “Ural” və mühacirətdə çıxan “Novıy Bereq” jurnallarının redaksiya heyətinin üzvü idi.


Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
14:49 / 17.02.2026
Tanınmış yazıçı vəfat etdi - FOTO
Hazırda oxunan: Tanınmış yazıçı vəfat etdi - FOTO
Hazırda oxunan: Tanınmış yazıçı vəfat etdi - FOTO
596778
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































