Bakıda sahibinin ad və soyadının baş həriflərinə uyğun dövlət qeydiyyat nişanları olan avtomobillərə həbs qoyulub.
Bizim.Media “Qaynarinfo.az”a istinadən xəbər verir ki, Nuriyev Tural Vasif oğluna məxsus avtomobillərə həbs qoyulması üçün Binəqədi Rayon Məhkəməsinə müraciət edilib.
Məhkəmə qərarı ilə Tural Nuriyevin 77-TN-111 nömrəli "Range Rover”, "TN” seriyalı "Opel Astra” və "EY” seriyalı "Opel Combo-C” markalı avtomobillərinə həbs qoyulub.
Məlumata görə, Tural Nuriyevin Nuriyev Vasif Bayram oğluna 38 000 manat borcu olub. Ehtimal edilir ki, tələbkar Vasif Nuriyev borclu Tural Nuriyevin atasıdır.

Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
18:07 / 16.02.2026
38 min manat borca görə maşınlarına həbs qoyuldu – FOTO
Hazırda oxunan: 38 min manat borca görə maşınlarına həbs qoyuldu – FOTO
Hazırda oxunan: 38 min manat borca görə maşınlarına həbs qoyuldu – FOTO
596600
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



























































































