Qobuda məktəbdə dava - Şagird yoldaşını xəstəxanalıq etdi

Qobuda məktəbdə dava - Şagird yoldaşını xəstəxanalıq etdi

Hazırda oxunan: Qobuda məktəbdə dava - Şagird yoldaşını xəstəxanalıq etdi

596554

Bu gün Qobu qəsəbə 1 nömrəli tam orta məktəbdə IX sinifdə təhsil alan iki şagird arasında baş vermiş mübahisə zamanı biri digərinə xəsarət yetirib.

Bizim.Media xəbər verir ki, məktəbdən “Azərbaycan müəllimi”nə verilən məlumata görə, xəsarət alan şagirdə təhsil müəssisəsində ilkin yardım göstərilib, daha sonra xəstəxanaya yönləndirilib.

Şagird həkim müayinəsindən sonra ambulator müalicə üçün evə göndərilib.

“Hadisə məktəb rəhbərliyi tərəfindən dərhal nəzarətə götürülüb, müvafiq qurumlara məlumat verilib. Hazırda məsələ ilə bağlı araşdırma aparılır”, - məlumatda vurğulanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO