Yeni nazir müavinləri kimlərdir? – DOSYE

Yeni nazir müavinləri kimlərdir? – DOSYE

Hazırda oxunan: Yeni nazir müavinləri kimlərdir? – DOSYE

596514

Xəbər verdiyimiz kimi, Fövqəladə Hallar Nazirliyinə iki yeni nazir müavini təyin edilib. Belə ki, Yusif Nəbiyev və Xanlar Cəbrayılov nazir Kəmaləddin Heydərovun müavini olublar.

Bizim.Media "Qaynarinfo.az"a istinadən xəbər verir ki, Yusif Mahmud oğlu Nəbiyev uzun illərdir Fövqəladə Hallar Nazirliyinin Baş yanğın təhlükəsizliyi eksperti vəzifəsində çalışıb.

O, 14 dekabr 2012-ci ildə "daxili xidmət general-mayoru" rütbəsi alıb, 2018-ci ildə isə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilib.

Naxçıvan Muxtar Respublikasında anadan olan Yusif Nəbiyev Azərbaycanın Əməkdar hüquqşünası, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin sədri (2000-2011), Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri (2011-2022) olmuş Mahmud Nəbiyevin oğludur.

General-mayorun babası Yusif Mustafa oğlu Nəbiyev Naxçıvan MSSR Nazirlər Sovetinin sədri (1970-1979), Azərbaycan Kommunist Partiyası Mingəçevir Şəhər Komitəsinin birinci katibi (1979-1980) olub.

Fotoda Yusif Nəbiyev


Xanlar Cəbrayılov isə 1972-ci ildə Bakı şəhərində doğulub. 1995-ci ildə İqtisad Universitetini bitirib. Daha sonra Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyində işləyib. Onun "gömrük xidməti mayoru" olduğu bildirilir.

O, FHN yaranandan - 2005-ci ildən bu nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində rəisi vəzifəsinə təyin edilib.

Fotoda Xanlar Cəbrayılov


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO