2026-cı ilin fevral ayında bütün növ pensiyalar 9,3% indeksləşdirilib. İndeksləşmə fevralda aparıldığı üçün yanvar ayının da artımının 13 fevraldan hesablara köçürülməsinə başlanılıb.
Belə ki, 13 fevralda Bakı, Sumqayıt və Abşeron rayonu üzrə pensiyalar ödənilib.
Bizim.Media xəbər verir ki, pensiyaların indeksləşməsi əslində 2025-ci ildəki inflyasiyanın kompensasiya edilməsidir. Yəni dövlət pensiyaçıların inflyasiya nəticəsində artıq ödənişlərini növbəti ildə kompensasiya edir. İşbazlar isə bu artımın ötən ilin inflyasiyasına xərclənən vəsaitin geri qaytarılması kimi deyil, artım kimi qiymətləndirərək, bahalaşma üçün fürsət sayırlar.
Artıq bəzi supermarketlər qiymət artımına pensiyalar hesablara oturan anda start veriblər.
Bütün məhsullarda bahalaşma özünü göstərir. Hətta "İstisu" (1 litrlik) 1,3 manatdan 1,4 manata qalxıb.
O cümlədən bəzi ağartı məhsullarında, çay növlərində də artımlar var./Bakupost.az
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
17:18 / 15.02.2026
Azərbaycanda suyun qiyməti BAHALAŞDI
Hazırda oxunan: Azərbaycanda suyun qiyməti BAHALAŞDI
Hazırda oxunan: Azərbaycanda suyun qiyməti BAHALAŞDI
596389
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































