Şair Musa Ələkbərli VƏFAT ETDİ - FOTO

Şair Musa Ələkbərli VƏFAT ETDİ - FOTO

Hazırda oxunan: Şair Musa Ələkbərli VƏFAT ETDİ - FOTO

596363

Şair Musa Ələkbərli vəfat edib.

Bizim.Media xəbər verir ki, bu barədə Yenisabah.az-a onun yaxınları məlumat verib.

Qeyd edəki ki, Musa Ələkbərli 1950-ci ildə aprelin 25-də Gədəbəy rayonu, Ataxal kəndində anadan olub.
 

Orta məktəbi Böyük Qaramurad kəndində bitirib. ADU-nun Filologiya fakültəsini bitirib. "Gənclik" nəşriyyatında "Yeniyetmələr üçün ədəbiyyat" redaksiyasının redaktoru vəzifəsində işləyib.


Ədəbi fəaliyyətə orta məktəbdə oxuyarkən başlayıb. "Pərvanə" ədəbi dərnəyinin rəhbəri olub. Bir neçə tərcümələr edib. "Məndən şer istə", "Ürəyimin işığında", "Bəlkə bir də görüşdük", "Gözlərim yol çəkir", "Aydanım ay işığı", "Gözümdə ağlayan bulud" və s. kitabların müəllifidir.

Bir çox kitabların redaktoru olub, ön söz yazıb. "Şur" nəşriyyatının direktoru vəzifəsində çalışıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO