Kürdəmirdə kanaldan meyiti tapılan kişi ilə bağlı TƏFƏRRÜATLAR

Kürdəmirdə kanaldan meyiti tapılan kişi ilə bağlı TƏFƏRRÜATLAR

Hazırda oxunan: Kürdəmirdə kanaldan meyiti tapılan kişi ilə bağlı TƏFƏRRÜATLAR

596255

Kürdəmirdə baş verən hadisənin bəzi təfərrüatları məlum olub.

Mərhumun qardaşı Babək Şırəliyev Bizim.Media-nın Aran bürosuna bildirilib ki, qardaşı fevral ayının 11-də axşam saatlarında Bakı şəhərində yaşayan qızıgilə qonaq gedirmiş.

Onun getdiyi nəqliyyat vasitəsi rayonun Sığırlı kəndi ərazisində sərnişinlərin mağazaya girməsi üçün dayanıb. Bu zaman İxtiyar Şirəliyev ehtiyyatsızlıq edərək mağazanın yanından keçən su kanalına düşüb. Amma həmin vaxt hadisədən heç kimin xəbəri olmayıb.

Ailəsi onu qohumlardan soraqlayıb tapmadıqdan sonra fevral ayının 12-də DİN-nin 102 qaynar xəttinə müraciət edərək İxtiyar Şirəliyevin itkin düşməsi barədə məlumat veriblər.

Bu gün isə günorta saatlarında ərazidə elektrik dirəkləri basdıran aidiyyəti qurumun əməkdaşları kanalda onun meyitini aşkar ediblər. Dərhal bu barədə rayon polis şöbəsinə və rayon prokurorluğuna məlumat veriblər.

Meyit ərazidən götürülüb və aidiyyəti üzrə təhvil verilib.

Fakta bağlı Kürdəmir rayon prokurorluğunda araşdırmalara başlanılıb.

Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO