Qusardakı “Chateau” istirahət mərkəzlərində vəfat edən 69 yaşlı Ukrayna vətəndaşı Boris Merziyakovun ölüm səbəbi məlum olub.
MÖVZU İLƏ BAĞLI:
Bizim.Media-nın əldə etdiyi məlumata görə, Qusara istirahətə gələn əcnəbi turist kəskin ürək çatışmamazlığından dünyasını dəyişib.
Xatırladaq ki, 2018-ci ildə bu istirahət mərkəzində qəfil vəfat edən deputat Aslan Şahverdiyev də ürək tutmasından vəfat etmişdi.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu


































































































