Qusarda Ukrayna vətəndaşının meyiti tapıldı – ÖZƏL

Qusarda Ukrayna vətəndaşının meyiti tapıldı – ÖZƏL

Hazırda oxunan: Qusarda Ukrayna vətəndaşının meyiti tapıldı – ÖZƏL

596194

Fevralın 13-ü saat 14 radələrində Ukrayna vətəndaşı, 1957-ci il təvəllüdlü Boris Merzlyakovun meyiti Qusar şəhəri ərazisində yerləşən istirahət mərkəzlərindən birində aşkarlanıb.

Bizim.Media-nın yerli bürosunun əldə etdiyi məlumata görə, meyitin üzərində zorakılıq əlamətləri müşahidə edilməyib.

Şəxsin ölüm səbəbi hələlik məlum deyil.

Qeyd edək ki, hadisə Çiləgir kəndində yerləşən “Chateau” hotelində baş verib.

Xatırladaq ki, 2018-ci ildə deputat Astan Şahverdiyev də sözügedən hoteldə ürəktutmasından dünyasını dəyişmişdi.

Faktı Qusar rayon prokurorluğu araşdırır.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO