Bu gün Azərbaycan Televiziyasının (AzTV) yaranmasından 70 il ötür.
Bizim.Media xəbər verir ki, 1956-cı il fevralın 14-də Azərbaycanın ilk televiziyası Diqqət, diqqət! Göstərir Bakı!” cümləsi ilə başlayıb.
İlk dəfə ekranda aktrisa Nəcibə Məlikova görünüb. O illərdə N.Məlikova artıq tanınmış aktrisa idi. Həmin gün ekranda "Bəxtiyar" bədii filmi nümayiş etdirilib.
1957-ci ildən Azərbaycan Televiziyası həftədə beş dəfə efirə çıxıb və yalnız 1962-ci ildə gündəlik yayıma başlayıb, 2005-ci ilin yanvarından isə 24 saatlıq fasiləsiz yayıma keçib.
Bizim.Media

































































































