Mehdiyev-Kərimli işində yeni audio-video materiallar YAYIMLANACAQ

Mehdiyev-Kərimli işində yeni audio-video materiallar YAYIMLANACAQ

Hazırda oxunan: Mehdiyev-Kərimli işində yeni audio-video materiallar YAYIMLANACAQ

596175

Məlum olduğu kimi, dövlət hakimiyyətinin ələ keçirilməsinə yönələn hərəkətlərə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyev, Abbas Abbasov, Əli Kərimli, Fuad Qəhrəmanlı, Qənimət Zahid və digərlərinin barəsində cinayət işi üzrə mətbuata rəsmi məlumat təqdim edilib.

İctimaiyyətə əlavə məlumatlar veriləcəyi bildirilib.

Bizim.Media “qafqazinfo.az”a istinadla xəbər verir ki, sözügedən son məlumat müəyyən videogörüntülərin və səs yazılarının yayımlanması ilə müşayiət edilib və bir sıra faktların mahiyyətinin aydınlaşmasına, gizli məqamların ifşa olunmasına və Azərbaycan ictimaiyyətində geniş müzakirələrə səbəb olub.
 

Həmin məsələlərlə bağlı daha geniş həcmdə audio-video materialların yayımlanacağı məlum olub.


Qeyd edək ki, dövlətin və xalqın maraq və mənafeyinə qarşı yönələn cinayət əməllərinin bilavasitə təsbit olunduğu, araşdırmalar gedişində yeni əldə edilmiş materialların yayımlanması, yaxud mövcud materialların məxfiliyinin zamanla aradan qaldırılması və ictimai məlumatlılığın təmin edilməsi dünya təcrübəsində geniş yayılmış praktikadır.

Bizim.Meida

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO