DİN Bakıda əməliyyat keçirdi - Saxlanılan var - VİDEO

DİN Bakıda əməliyyat keçirdi - Saxlanılan var - VİDEO

Hazırda oxunan: DİN Bakıda əməliyyat keçirdi - Saxlanılan var - VİDEO

596112

Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirib. Tədbir zamanı narkokuryerliklə məşğul olmaqda şübhəli bilinən əvvəllər məhkum olunan 27 yaşlı Əli Əliyev saxlanılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, həmin şəxsdən 4 kiloqram 20 qram tərkibinə psixotrop maddələr əlavə edilən marixuana və metamfetamin aşkarlanıb.

Saxlanılan şəxs ifadəsində narkotikləri sosial şəbəkədə tanış olduğu İran vətəndaşı vasitəsilə əldə etdiyini və paytaxt ərazisində ayrı-ayrı ünvanlara maddi gəlir qarşılığında çatdıracağını bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, Ə.Əliyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Sabunçu rayonunda polis əməkdaşlarının bu ilin əvvəlindən həyata keçirdikləri əməliyyatlar zamanı 42 kiloqram müxtəlif xassəli narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO