Bakıda 1194 bina qeydiyyata alındı – Yaşayış üçün RİSKLİDİR

Bakıda 1194 bina qeydiyyata alındı – Yaşayış üçün RİSKLİDİR

Hazırda oxunan: Bakıda 1194 bina qeydiyyata alındı – Yaşayış üçün RİSKLİDİR

596084

Xəbər verdiyimiz kimi, yaxın günlərdə Türkiyədə 6 fevral 2023-cü il tarixində baş vermiş və “Əsrin fəlakəti” adlandırılan zəlzələnin 3-cü ildönümü idi.

Zəlzələ nəticəsində Türkiyənin 11 şəhərində yüz minlərlə bina dağılıb və zərər görüb, 53.537 insan həyatını itirib, 107.204 insan yaralanıb. Zəlzələ zamanı təxliyə edilmiş 360 min insan hələ də yük maşınlarında yaşayır.

Hazırda Azərbaycanda, xüsusilə Bakı-Abşeron ərazisində çox sayda köhnə tikililər var. Həmçinin, yeni tikilən binaların sayı da günbəgün artır. Binalar arasındakı bu sıxlıq seysmik hallar üçün olduqca təhlükəlidir. Çünki keçmiş hadisələr göstərir ki, binalar nə qədər bir-birinə yaxın olsa, zəlzələ zamanı dağıntı və fəlakət bir o qədər böyük olur.

Bəs bu kimi halları nəzərə aldıqda, Azərbaycanda hansı binalar zəlzələyə daha dayanıqlıdır?

Əmlak məsələləri üzrə ekspert Elnur Azadov Bizim.Media-ya açıqlamasında bildirib ki, hazırda Azərbaycanda Sovet hökuməti dövründə inşaat normaları və qaydaları ilə qəbul olunmuş normativlər əsasında inşaat işləri aparılır. Yəni həm köhnə fondlar, həm də yeni tikililər bu əsaslarla inşa edilib:

“İnşaat normativləri 1982-ci ildə qəbul olunub. Müstəqillik əldə olunandan sonra bu normativlərə əlavələr olunub. Qeyd olunan normativlərdə isə seysmoloji təminat olur. Bunlar sonradan milli standartlara çevrilib və daha da təkmilləşdirilib. Həmçinin, binaların daha dayanıqlı və uzunömürlü olması ilə bağlı 2025-ci ildə inşaat normativlərinə əlavələr olunub”.

Ekspertin sözlərinə görə, Sovet höküməti dönəmində hazırlanan layihələr bütün post-sovet məkanını, həmçinin, Azərbaycanı əhatə edir:
 

“Amma potensial təhlükəni nəzərə alsaq, Bakıda və ümumilikdə, Azərbaycanda riskli yaşayış fonduna istismar müddəti bitmiş binalar aiddir. Sovet höküməti dövründə 1970-ci ilə kimi inşa olunmuş yaşayış fondunun istismar müddəti artıq bitib. Hazırda Bakı-Abşeron ərazisində 16 min, ölkə üzrə isə 20-25 min istismar müddət bitmiş çoxmənzilli binalar var.


Onlardan 1194 bina FHN tərəfindən xüsusi qeydiyyata alınıb. Bu binalar yaşayış üçün riskli və təhlükəlidir. Bu istiqamətdə hökümət tərəfindən müəyyən tədbirlər planı hazırlanıb”.

Fatimə Əliyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO