Lənkəranda üçuşaqlı ananın dünyaya gətirdiyi üçəmlərin son durumu - VİDEO

Lənkəranda üçuşaqlı ananın dünyaya gətirdiyi üçəmlərin son durumu - VİDEO

Hazırda oxunan: Lənkəranda üçuşaqlı ananın dünyaya gətirdiyi üçəmlərin son durumu - VİDEO

596083

Bir neçə gün əvvəl Lənkəran Regional Perinatal Mərkəzində dünyaya gələn üçəmlər bu gün evə buraxılıb.

Bizim.Media xəbər verir ki, 1992-ci il təvəllüdlü hamilə qadın 9 fevral 2026-cı il tarixində Lənkəran Rayon Mərkəzi Xəstəxanasının nəzdində fəaliyyət göstərən Perinatal Mərkəzin Doğum şöbəsinə yerləşdirilib.
 

Qeysəriyyə əməliyyatı ilə doğuş prosesi uğurla icra olunub. Üçəmlərin çəkiləri müvafiq olaraq 2,0 kq, 2,1 kq və 2,0 kq, boyları isə 40, 41 və 42 sm olub. Körpələrdən ikisi oğlan, biri qızdır.


Ana və yenidoğulmuşların vəziyyəti kafi qiymətləndirilir. Həkim-neonatoloqun nəzarətində olan körpələr bu gün evə buraxılıb.

Qeyd edək ki, ana üçəmlərə qədər iki oğlan və bir qız olmaqla üç övlad sahibidir. Ailədə daha əvvəl də əkiz uşaqlar dünyaya gəlib.


Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO