43 bələdiyyənin vəzifəli şəxsi məsuliyyətə CƏLB OLUNDU – RƏSMİ

43 bələdiyyənin vəzifəli şəxsi məsuliyyətə CƏLB OLUNDU – RƏSMİ

Hazırda oxunan: 43 bələdiyyənin vəzifəli şəxsi məsuliyyətə CƏLB OLUNDU – RƏSMİ

596011

“2025-ci ildən etibarən inzibati nəzarət qaydasında baxılması üçün ölkə üzrə bütün bələdiyyə aktları qanunvericiliyin tələblərinə uyğun olaraq “Bələdiyyələrlə iş” informasiya sistemi vasitəsilə elektron qaydada təqdim edilir. 2025-ci il ərzində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə 50 inzibati xəta haqqında protokol tərtib edilərək məhkəmələrə göndərilib. Həmin protokollar əsasında 43 bələdiyyənin vəzifəli şəxsi məhkəmələr tərəfindən inzibati məsuliyyətə cəlb olunub. Müqayisə üçün qeyd edək ki, 2024-cü ildə tərtib edilən protokolların sayı 103 olub”.

Bizim.Media xəbər verir ki, bunu ədliyyə nazirinin müavini Toğrul Hüseynov Milli Məclisin bugünkü plenar iclasında Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın 2025-ci  il üzrə illik məruzəsi ilə bağlı çıxışı zamanı danışıb.

Onun sözlərinə görə, artıq Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən bütün bələdiyyələrin aktlarının da informasiya sisteminə yerləşdirilməsi təmin olunub.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO