Qan şəkərini salmağın YOLU

Qan şəkərini salmağın YOLU

Hazırda oxunan: Qan şəkərini salmağın YOLU

595528

Qan şəkərinin yüksək olması bir çox insan üçün ciddi sağlamlıq problemidir. Düzgün seçilmiş bəzi qidalar və ədviyyatlar qan şəkərinin tənzimlənməsində mühüm rol oynaya bilər.

Bizim.Media pəhrizə əlavə edilməsi tövsiyə olunan ən təsirli ədviyyatı təqdim edir:

Darçın qan şəkərinin səviyyəsini aşağı salmağa kömək edən əsas ədviyyatlardan biridir. Araşdırmalar göstərir ki, darçın insulinə həssaslığı artırır və qanda şəkərin daha stabil qalmasına dəstək olur.

Darçının gündəlik rasionda az miqdarda, lakin müntəzəm istifadə edilməsi tövsiyə edilir. Bu ədviyyatı çaya, qatığa, yulaf sıyığına və müxtəlif yeməklərə əlavə etmək mümkündür.

Mütəxəssislər vurğulayır ki, təkcə darçın kifayət deyil. Qan şəkərinə nəzarət üçün balanslı
qidalanma, porsiya ölçüsünə diqqət, fiziki aktivlik və sağlam həyat tərzi də vacib şərtlər sırasındadır.

Qeyd: Şəkər xəstəliyi və ya xroniki sağlamlıq problemi olan şəxslər pəhrizdə dəyişiklik etməzdən əvvəl mütləq həkim və ya dietoloqla məsləhətləşməlidir. (Pravda.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO