“Bəzi xəbər saytlarında və sosial media platformalarında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində guya kadr islahatlarına başlanıldığı və bəzi əməkdaşların işdən azad olunması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir”.
MÖVZU İLƏ BAĞLI:
Vüsal Nəsirli Saleh Məmmədovun müşavir qudasını işdən çıxardı
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.
“Yayılan məlumatlar əsassızdır. Agentlikdə heç bir əməkdaşın işdən azad olunması ilə bağlı əmr verilməyib və belə bir prosedur həyata keçirilmir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi vətəndaşların və medianın diqqətinə çatdırır ki, bütün rəsmi açıqlamalar yalnız İctimaiyyətlə əlaqələr şöbəsi vasitəsilə təqdim olunur və digər mənbələrdən alınan məlumatlar həqiqətə uyğun olmaya bilər”, - deyə məlumatda qeyd olunub.
Xatırladaq ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) İdarə Heyətinin yeni sədri Vüsal Nəsirli kadr islahatlarına başladığı və AAYDA İdarə Heyətinin sədrinin 70 yaşlı müşaviri Əflatun Qasımovun vəzifəsindən azad olunduğu ilə bağlı xəbərlər yayılıb.
Onu da bildirək ki, Əflatun Qasımov AAYDA-nın İdarə Heyətinin sədri Saleh Məmmədovun qudasıdır.
Bizim.Media
































































































