Qarabağda ilk “ASAN xidmət” Şuşada açılacaq - RƏSMİ

Qarabağda ilk “ASAN xidmət” Şuşada açılacaq - RƏSMİ

Hazırda oxunan: Qarabağda ilk “ASAN xidmət” Şuşada açılacaq - RƏSMİ

59543

“Vətəndaşlar işğaldan azad edilmiş ərazilərə köçdükdən sonra onların dövlət xidmətlərinə əlçatanlığı üçün “ASAN xidmət” mərkəzləri həmin şəhər və rayonlarda da fəaliyyət göstərəcək". 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, bunu Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib. 
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda daha bir “ASAN xidmət” mərkəzi fəaliyyətə başladı - FOTO


Onun sözlərinə görə, ilk olaraq "ASAN xidmət" mərkəzi Şuşada açılacaq:

“Artıq Şuşada açılacaq “ASAN xidmət” mərkəzinin layihəsi təsdiq olunub. İlkin olaraq orada “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayacaq. Digər rayonlarımıza gəldikdə hamımız orada erməni vandalizminin şahidi olmuşuq, şəhərlərimizin soyqırımı həyata keçirilib.

Həmin ərazilərdə ən birinci minalardan təmizlənmə, infraktrukturun qurulması həyata keçirilir. Təbii ki, zəruri şərait yaradıldıqdan sonra o ərazilərdə də “ASAN xidmət” mərkəzləri də qurulacaq" - deyə Ülvi Mehdiyev əlavə edib. 

Məqsəd Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO