Xəbər verdiyimiz kimi, Rövşən Çingiz oğlu Nəcəf Azərbaycan Respublikası iqtisadiyyat nazirinin birinci müavini vəzifəsindən azad edilib. Dövlət başçısının digər sərəncamı ilə o, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti təyin edilib.
Bizim.Media xəbər verir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası Rövşən Çingiz oğlu Nəcəfə həvalə edilib.
Xatırladaq ki, Rövşən Nəcəf Çingiz oğlu 9 aprel 1982-ci ildə Bakı şəhərində anadan olub. 2001-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsini bakalavr, 2003-cü ildə isə magistr dərəcələri üzrə fərqlənmə ilə bitirib.
MÖVZU İLƏ BAĞLI:
Rövşən Nəcəf SOCAR-ın birinci vitse-prezidenti təyin olundu
2007–2008-ci illərdə ABŞ-ın Kolumbiya Universitetində "İqtisadi Siyasətin İdarəedilməsi/Beynəlxalq Enerji Menecmenti və Siyasəti" üzrə magistr proqramını tamamlayıb.
İqtisadiyyat üzrə fəlsəfə doktorudur.
Prezidentin sərəncamı ilə 24 dekabr 2021-ci ildə Azərbaycan Respublikasının İqtisadiyyat nazirinin birinci müavini vəzifəsinə təyin edilib.
Azərbaycan İnvestisiya Holdinqinin İdarə heyətinin üzvü, "AzerGold" QSC-də və "Təmiz Şəhər" ASC-də Müşahidə Şurasının sədridir.
Bizim.Media