“Ay İşığı” restoranında nöqsanlar aşkarlandı – FOTO

“Ay İşığı” restoranında nöqsanlar aşkarlandı – FOTO

Hazırda oxunan: “Ay İşığı” restoranında nöqsanlar aşkarlandı – FOTO

595287

Qusar şəhəri, Quba-Qusar yolunda fəaliyyət göstərən, fiziki şəxs Tağıyeva Romelya Akif qızına məxsus “Ay İşığı” restoranında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilən yoxlama zamanı texniki normativ hüquqi aktların tələblərinin pozulduğu məlum olub.

Bizim.Media xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

Bildirilir ki, restoranda müşayiətedici sənədləri olmayan müxtəlif növ qida məhsulları və yararlılıq müddəti bitmiş alkoqolsuz içkilər aşkarlanıb.
 

Həmçinin mal qonşuluğu prinsipinə əməl olunmur, temperaturun monitorinqi və qeydiyyatı aparılmır, havalandırma sistemi quraşdırılmayıb, işçilər ilkin və dövri tibbi müayinədən keçməyib və digər nöqsanlar müəyyən edilib.


Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, ictimai iaşə müəssisəsində işlərin görülməsinin, xidmətlərin göstərilməsinin dayandırılması, istehlaka yararsız məhsulların satışının qadağan edilməsi barədə məhdudlaşdırıcı qərar qəbul edilib.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO