Beynəlxalq Valyuta Fondunun nümayəndəsi Ağdam, Xankəndi və Şuşa şəhərlərinə getdi

Beynəlxalq Valyuta Fondunun nümayəndəsi Ağdam, Xankəndi və Şuşa şəhərlərinə getdi

Hazırda oxunan: Beynəlxalq Valyuta Fondunun nümayəndəsi Ağdam, Xankəndi və Şuşa şəhərlərinə getdi

595231

Beynəlxalq Valyuta Fondunun (BVF) İsveçrə seçici qrupunun icraçı direktoru Patrik Loşeviski Ağdam, Xankəndi və Şuşa şəhərlərinə səfər edib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Maliyyə Nazirliyi yayıb.

Səfər çərçivəsində Loşeviski Ağdam şəhərində aparılan genişmiqyaslı bərpa və rekonstruksiya işləri ilə ətraflı tanış olub.

Ağdam işğal zamanı tamamilə dağıldığı üçün şəhərin baş planının icrası, müasir infrastrukturun formalaşdırılması və “Böyük Qayıdış” proqramı çərçivəsində əhalinin tədricən köçürülməsi üzrə tədbirlər göstərilib.
 

“Loşeviski həmçinin Xankəndi şəhərinin mərkəzi hissəsində aparılan işlərlə, əsas infrastruktur obyektlərinin bərpa və rekonstruksiya işləri, sosial infrastrukturun təşkili və sakinlərin həyatının təmin olunması üçün görülən tədbirlərlə tanış olub”, — məlumatda qeyd edilir.


Şuşa şəhərinə səfəri zamanı BVF nümayəndəsinə şəhərin zəngin tarixi-mədəni irsi, mədəniyyət abidələrinin bərpası, həmçinin həyata keçirilən infrastruktur və turizm layihələri barədə geniş məlumat verilib. Bildirilib ki, Şuşa Azərbaycanın mədəniyyət paytaxtı olaraq bölgənin sosial, mədəni və iqtisadi həyatında mühüm rol oynayır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO