DİQQƏT! Tovuzda qaz kəsiləcək

DİQQƏT! Tovuzda qaz kəsiləcək

Hazırda oxunan: DİQQƏT! Tovuzda qaz kəsiləcək

595191

Tovuz rayonunun Əyyublu kəndində təxminən 800 abonentin təbii qazla təminatında məhdudiyyətlər yaranacaq.

Bizim.Media xəbər verir ki, sözügedən məsələ ilə bağlı Şəmkir Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.
 

Qurumdan verilən açıqlamaya əsasən, təmir-bərpa tədbirləri çərçivəsində qazın verilişi 09.02.2026-cı il tarixində saat 10:00-dan etibarən nəzərdə tutulan işlər yekunlaşanadək dayandırılacaq.


Vurğulanıb ki, bu addımın atılmasına səbəb Əyyublu kəndi ərazisində mövcud olan 159 millimetr diametrli ortatəzyiqli qaz kəmərindən ayrılan, 57 millimetr diametrli qaz xəttinin korroziyaya məruz qalmış 10 poqonmetrlik hissəsinin yenisi ilə əvəz edilməsidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO