Bu rayonun yaşıllıq zolağında 22 ağac yandırıldı – KİM TÖRƏDİB?

Bu rayonun yaşıllıq zolağında 22 ağac yandırıldı – KİM TÖRƏDİB?

Hazırda oxunan: Bu rayonun yaşıllıq zolağında 22 ağac yandırıldı – KİM TÖRƏDİB?

0:00
0:00
59519

Yevlaxda yaşıllıq zolağında 22 ağac yandırılaraq məhv edilib.

Bizim.Media-nın məlumatına görə, hadisə Aran-1 qəsəbəsi ərazisində baş verib.

Qəsdən törədildiyi ehtimal edilən yanğın nəticəsində qovaq və söyüd növləri olan 22 ağac yanaraq yarasız hala düşüb.

Onlardan 13 -ü tamamən, 9-u isə qismən məhv olub.

8 saylı Mingəçevir Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Yevlax şəhər şöbəsindən əldə edilən məlumata görə, hadisənin qəsdən törədildiyi ehtimal edildiyi üçün hüquq mühafizə orqanlarına müraciət olunub.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO