Sürücü narkotik aludəçisi olub - ÜZƏ ÇIXDI - FOTO

Sürücü narkotik aludəçisi olub - ÜZƏ ÇIXDI - FOTO

Hazırda oxunan: Sürücü narkotik aludəçisi olub - ÜZƏ ÇIXDI - FOTO

595038

Hüquqsuz avtomobil idarə edən şəxsin narkotik aludəçisi olduğu üzə çıxıb.

Bizim.Media xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.
 

Bildirilib ki, Xırdalan-Binəqədi yolunda hərəkətdə olan BMW markalı avtomobilin sürücüsü manevr qaydalarını pozduğu üçün Baş DYP İdarəsinin YPX Alayının əməkdaşları tərəfindən saxlanılıb.


Sənədlərin yoxlanılması zamanı avtomobili idarə edən Elşən Məmmədovun sürücülük hüququnun olmaması aşkarlanıb.

Bununla yanaşı, hərəkətləri şübhə doğurduğundan o, tibbi müayinədən keçməyə dəvət olunub. Müayinə zamanı narkotik vasitə qəbul etməsi təsdiq olunan E.Məmmədov məhkəmənin qərarı ilə inzibati qaydada həbs edilib.

Baş Dövlət Yol Polisi İdarəsi narkotik vasitələrin təsiri altında sükan arxasına əyləşərək digər hərəkət iştirakçılarının həyatına təhlükə yaradan şəxslərdən hüquqazidd əməllərə son qoymağı tələb edir və bu kimi hallara qarşı daha kəsərli tədbirlərin görüləcəyini bildirir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO