"Davam" "Gənc Liderlər üçün Qış Universiteti"nə start verdi - FOTO 

Hazırda oxunan: "Davam" "Gənc Liderlər üçün Qış Universiteti"nə start verdi - FOTO 

59503

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, "Davam" Gənclər Hərəkatının təşkilatçılığı ilə 9-13 fevral tarixlərində Naftalan şəhərində baş tutacaq "Gənc Liderlər üçün Qış Universiteti"nə start verilib. 

Bizim.Media xəbər verir ki, "Qış Universiteti" üçün ictimai müraciət elanı verildikdən sonra qısa müddət ərzində 1800-dən çox gənc iştirak hüququ qazanmaq üçün onlayn formada qeydiyyatdan keçib. İkimərhələli seçim turunun yekununda 5 komanda olmaqla 70 nəfərlik iştirakçı heyəti formalaşdırılıb.

Pandemiyanın yaratdığı vəziyyəti nəzərə alaraq gənclərin sağlamlığının qorunması məqsədilə 7 fevral tarixində "Davam" Gənclər Hərəkatının mərkəzi ofisində Təşkilat Komitəsinin nümayəndələri və seçilən gənc liderlər koronavirus təhlükəsinə qarşı PCR testi veriblər.   

Proqrama əsasən 9 fevral səhər saatlarında gənc liderlər Naftalan şəhərinə yollanıb.   

Naftalan şəhər Heydər Əliyev Mərkəzində layihənin açılış mərasimi baş tutub. Tədbirdə Naftalan Şəhər İcra Hakimiyyətinin başçısının müavini Arzu Məmmədov, millət vəkili Naqif Həmzəyev, "Davam" Gənclər Hərəkatının sədri Nihad Allahyarlı, Təşkilat Komitəsinin nümayəndələri və gənc liderlər iştirak edib. Tədbir natiqlərin çıxışlarının ardından sual-cavab formatında qeyri-formal şəkildə davam edib.

"Qış Universiteti"ndə günün ikinci yarısı millət vəkili Naqif Həmzəyev "Sağlam həyat tərzi gənc liderlərin motivatoru rolunda" mövzusunda layihə iştirakçıları ilə fikir mübadiləsi aparıb.   

Günün sonunda isə "Qış Universiteti"nin açılışı münasibəti ilə "Welcome Party" baş tutub. Gənclərin zövqünü oxşayan mahnıların sədası altında əyləncəli anlar yaşanıb.

Layihənin məqsədi gənc liderlərin kəşf edilməsi, onların intellektual inkişafına nail olmaq, dünyagörüşünün artırılması və asudə vaxtlarının səmərəli təşkil olunmasıdır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO