7 avtomobildən oğurluq edən şəxs tutuldu – FOTO

7 avtomobildən oğurluq edən şəxs tutuldu – FOTO

Hazırda oxunan: 7 avtomobildən oğurluq edən şəxs tutuldu – FOTO

59493

Xocəsən və Sulutəpə qəsəbələri ərazisində avtomobillərin şüşələrini qıraraq nəqliyyat vasitələrinin salonlarından oğurluqlar edən Salyan rayon sakini Tərlan Abdullayev Binəqədi Rayon Polis İdarəsinin 40-cı polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Bizim.Media-ya bildiriblər ki, həmin şəxslə bağlı aparılan əlavə tədbirlərlə onun Binəqədi rayonunda 5, Qaradağ və Yasamal rayonlarında isə əlavə 2 avtomobildən pul, telefon, maqnitofon və digər qiymətli əşyalar oğurladığı müəyyən edilib. T.Abdullayev saxlanılan zaman üzərindən narkotik vasitə olan heroin də aşkarlanıb.

Saxlanılan şəxs barəsində 40-cı polis bölməsində toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Binəqədi Rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib.

T.Abdullayevin digər cinayətlərinin müəyyənləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Bizim.Media


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO