Çin avtomobillərində ÖLÜMCÜL TƏHLÜKƏ – Azərbaycanda da qadağa qoyulacaq?

Çin avtomobillərində ÖLÜMCÜL TƏHLÜKƏ – Azərbaycanda da qadağa qoyulacaq?

Hazırda oxunan: Çin avtomobillərində ÖLÜMCÜL TƏHLÜKƏ – Azərbaycanda da qadağa qoyulacaq?

594878

Son model avtomobillərdə elektron qapı dəstəkləri alıcılar tərəfindən üstünlük verilən və xarici görünüşünə görə seçilən olduğu üçün bu cür “qapıya yapışıq” dəstəkli yeni maşınlara çox rast gəlinir. Vizual olaraq daha modern və komfortlu görünsə də, əslində problemi ənənəvi qapı dəstəklərindən daha çoxdur, hətta təhlükəlidir. Xoşbəxtlikdən ölkəmizdə baş verməsə də, xarici ölkələrdə qəza etmiş maşında bu tip qapı dəstəyi bloklandığı üçün yanan maşından sürücü xilas ola bilməmişdi.

Elə bloklanma səbəbini də əsas götürən Çin avtomobil sənayesi yeni təhlükəsizlik qaydaları qəbul edib.

2027-ci il yanvarın 1-dən başlayaraq elektron idarə olunan qapı tutacaqlarının istehsalını və satışını ciddi şəkildə məhdudlaşdıracaq. Yeni qaydalara əsasən, bütün avtomobillərdə xaricdən və daxildən mexaniki, ənənəvi dəstəklər olacaq. Sırf dizayn estetikasına görə sürücülərin həyatını təhlükəyə atmaq istəməyən Çin sənayesi bu cür tutacaqları tam araşdırılmadan tətbiq edilmiş mühəndis səhvi hesab edir.

Azərbaycan bazarında əsasən elektromobillərdə belə dizaynlı qapılar müşahidə olunur və son illər çox müraciət edilən modellərdəndir.

Bəs elektron tutacaqlı avtomobillərdə problem nədən qaynaqlanır?

Avtomobil üzrə ekspert Seymur Nağıyev Bizim.Media-ya bildirdi ki, Keyless Go (açarsız giriş və mühərriki işəsalma) sistemi ilə təchiz olunmuş avtomobillərdə qapıların açılması üçün siqnal avtomobil üzərində yerləşən antena vasitəsilə qəbul edilir. Bu texnologiya əsasən start-stop funksiyalı müasir avtomobillərdə tətbiq olunur.
 

“Antena su ilə təmasa girdikdə sistemin fəaliyyəti pozula bilər. Antena ilə yanaşı dəstəyin özü də suya davamsızdır, yəni qapı dəstəyinin iç hissəsinə su dolduqda onun sıradan çıxmasına səbəb olur. Nəticədə avtomobil açara cavab vermir və qapılar açılmır. Bundan əlavə, avtomobilin pult sistemində də problemlər yarana bilər. Pultun batareyası zəiflədikdə və ya bitdikdə, avtomobillə əlaqə kəsilir və bu da qapıların açılmasında çətinlik yaradır”.


Ekspert tövsiyə edir ki, bu səbəbdən Keyless Go sistemli avtomobillərdə elektron komponentlərin sudan qorunması və pult batareyasının vaxtında dəyişdirilməsi xüsusilə vacibdir.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO