Sosial şəbəkə seqmentlərində yol kənarında uşaqların satdığı salfetlərin arasında narkotik olması ilə bağlı yalan məlumatlar yayan şəxs - Bakı şəhər sakini, 1991-ci il təvəllüdlü Kamran Abumislimov polis tərəfindən saxlanılıb.
Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Əməldə hüquq pozuntusunun tərkib əlamətləri olduğuna görə, habelə insanlar arasında çaşqınlıq yaradan yalan məlumatlar yayan K.Abumislimov barəsində toplanmış materiallar baxılması üçün Qaradağ Rayon Məhkəməsinə göndərilib.
Saxlanılan şəxs ifadəsində qeyd edib ki, bu hərəkəti etməsinə səbəb ata-anasının ondan üz çevirməsi olub:
“Əslində bu yayılan hadisədə deyilən heç nə olmayıb. Bunları etməyimə səbəb ailəmin, ata-anamın məndən üz çevirməsidir. Mən onların diqqətini cəlb etmək üçün belə bir hərəkət etmişəm”.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:11 / 10.02.2022
Salfet içində narkotik satıldığını iddia edən şəxs DANIŞDI: “Bunu etməyimə səbəb...” – VİDEO
Hazırda oxunan: Salfet içində narkotik satıldığını iddia edən şəxs DANIŞDI: “Bunu etməyimə səbəb...” – VİDEO
Hazırda oxunan: Salfet içində narkotik satıldığını iddia edən şəxs DANIŞDI: “Bunu etməyimə səbəb...” – VİDEO
59487
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.